“Allahşükür məscidi”nin açılışı oldu
Prezident İlham Əliyevin Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncama uyğun olaraq, dekabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasında yubiley mərasimi keçirilib. Yubiley tədbirləri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ordubad rayonunun Dırnıs kəndində yeni inşa olunmuş “Allahşükür məscidi”nin açılış mərasimində iştirak edib.
QMİ-nin mətbuat xidmətindən Minval.info-ya daxil olan məlumata görə, məscidə Naxçıvan Muxtar Respublikası Dini qurumlarla İş üzrə Dövlət Agentliyi tərəfindən dini icmaların dövlət qeydiyyatı haqqında 19 saylı şəhadətnaməsi verilib. Sənəd Qafqaz Müsəlmanları İdarəsinin sədrinə təqdim olunub.
Məscid “Allahşükür məscidi” dini icmasının dini tələbatlarının ödənilməsinə xidmət edəcək.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?