Alimpaşa Məmmədov dövlət əmlakını necə özəlləşdirib? VİDEO
Son günlər bəzi kütləvi informasiya vasitələrində Şəmkir Balıq Zavodunun özəlləşdirildiyi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar yayılıb.
Minval.İnfo xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, zavodu dövlət xidməti 2018-ci ildən özəlləşdirməyə çıxarsa da, hərrac baş tutmayıb.
Şəmkir rayonunun Dəllər qəsəbəsi və Sarıtəpə kəndinin ərazisində yerləşən müəssisə mayın 25-də keçiriləcək hərraca çıxarılacaq. Müəssisə və hərracda iştirak şərtləri barədə dövlət xidmətinin internet səhifəsinə (https://bit.ly/3e5nW2r) və yaxud Özəlləşdirmə Portalına (https://bit.ly/3xyYfid) daxil olaraq məlumat əldə etmək olar.
Xatırladaq ki, Şəmkir Balıq Zavodunun Şəmkir Rayon İcra Hakimiyyətinin bu günlərdə həbs edilmiş başçısı Alimpaşa Məmmədovun oğlu Adil Adilzadəyə məxsus olması iddia edilir.
Daha ətraflı BAKU TV-nin sujetində:
https://youtu.be/2kw2PKzoMDE
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hədə-qorxu ilə pul tələb edən Təranənin əri imiş
Türkiyədən Azərbaycana jest - FOTO
Milyardları mənimsəyən keçmiş məmurlar istintaqa çəkilir
DTX icra başçısını rüşvət alarkən belə həbs etdi - ƏMƏLİYYATIN VİDEOSU
“Heç bir ərazi itkimiz yoxdur” - Azərbaycan MN
Sumqayıtdakı qəzada xəsarət alanların son vəziyyəti barədə açıqlama
