Alimlərdən smartfonlarla bağlı araşdırma - Asılılıq yaradır

Hər il daha çox yayılan elektron cihazlardan asılılıq insanları bədbəxt edir və asılılıq yaradır.
Minval.İnfo report.az-a istinadən bildirir ki, ABŞ-ın San-Fransisko Universitetindən olan araşdırmaçılar belə qənaətə gəliblər. Onların araşdırmaları “Sciencedaily” jurnalında dərc edilib.
Tədqiqatçılar hesab edirlər ki, smartfonlardan daha çox istifadə edən insanların beyinlərində asılılıq yaradan nevroloji əlaqələr yaranır. Bu, məsələn, çox ağrıkəsici qəbul edən insanlarda yaşananlarla oxşardır.
Araşdırmaçılar elektron cihazlardan asılılığın sosial əlaqələrə də təsir etdiyini müəyyənləşdiriblər. Belə ki, vaxtının çoxunu sosial şəbəkələrdə keçirənlər həmsöhbətinin jestlərindən, üz ifadələrindən və intonasiyalarından xəbərsiz olur.
Araşdırma müəllifləri smartfonlar və kompüterlərdən daha az istifadə etməyi məsləhət görürlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qəhvə və sarımsaq: Xərçəng riskini azaldan ikili
Öskürəyin səsi sağlamlıq sirrini açır!
Təranə Axundova Salyan xəstəxanasına direktor oldu
TƏBİB-in icraçı direktoru: 72 mindən çox tibb işçisinin maaşı artırılıb
Valideynlərə bağçalarda infeksiya xəbərdarlığı!
Zaqatala xəstəxanasında kadr dəyişikliyi: Qurbanovun qohumu işdən çıxdı
İsti çörək həzm problemlərinə səbəb ola bilər!