İsti çörək həzm problemlərinə səbəb ola bilər!
Təzə bişmiş və hələ isti olan çörəyin cazibədar qoxusu və yumşaq teksturası bir çox insan üçün cəlbedici olsa da, mütəxəssislər bu çörəyin hər kəs üçün uyğun olmadığını vurğulayırlar. Xüsusilə tam soyumamış və kifayət qədər bişməmiş mayalı xəmir mədə-bağırsaq sistemində narahatlıq yarada, köp və həzm problemlərinə səbəb ola bilər. İsti qida isə həssas mədə selikli qişasını qıcıqlandıra bilər.
Minval.info xəbər verir ki, həkimlər qastrit, mədə xorası, reflüks və qıcıqlanmış bağırsaq sindromu olan şəxslərə isti çörəkdən ehtiyatla istifadə etməyi tövsiyə edir. Uşaqlar, yaşlılar və artıq çəkisi olan insanlar da bu məhsulu həddindən artıq qəbul etməməlidirlər. Sağlam insanlar üçün isə az miqdarda isti çörək yemək ciddi risk yaratmır. Bununla belə, mütəxəssislər həddindən artıq yeməməyi və isti çörəyi soyuq içkilərlə birlikdə qəbul etməməyi məsləhət görürlər. Çörəyin tam soyumasını gözləmək onun həzm baxımından daha rahat qəbul edilməsinə kömək edə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq