Valideynlərə bağçalarda infeksiya xəbərdarlığı!
Səhiyyə Nazirliyi, bağçalarda tədris prosesinin başlaması və havaların soyuması ilə əlaqədar valideynlərə vacib tövsiyələr verib. Nazirlikdən bildirilib ki, uşaqların qapalı və kollektiv mühitdə daha çox təmasda olması mövsümi respirator infeksiyaların yayılması üçün şərait yarada bilər. Bu səbəbdən valideynlərə uşaqların yaşına uyğun immunizasiyasının vaxtında aparılması, düzgün qidalanması, yuxu rejiminə riayət edilməsi və şəxsi gigiyena qaydalarına əməl olunması tövsiyə olunur.
Minval.info xəbər verir ki, uşaqlarda qızdırma, öskürək, səpgi, qusma və ya ishal kimi əlamətlər müşahidə olunarsa, onların tam sağalana qədər bağçaya aparılmaması və zərurət olduqda həkimə müraciət edilməsi məqsədəuyğundur. Həmçinin, bağçalarda otaqların mütəmadi havalandırılması, təmizlik və şəxsi gigiyena qaydalarına riayət olunması, eləcə də xəstəlik əlamətləri olan uşaqların vaxtında müəyyənləşdirilməsi infeksiyaların yayılma riskini azaltmağa kömək edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq