Öskürəyin səsi sağlamlıq sirrini açır!
Öskürəyin yalnız davam etmə müddəti deyil, həm də səsi, xarakteri və hansı vəziyyətdə yaranması müəyyən sağlamlıq problemləri barədə ilkin təsəvvür yarada bilər. Mütəxəssislər bildirirlər ki, bəzi hallarda öskürəyin xüsusiyyətləri həkim müayinəsindən əvvəl problemin istiqamətini müəyyənləşdirməyə kömək edir.
Minval.info xəbər verir ki, quru və boğuq, “hürən” öskürək daha çox virus mənşəli laringit və faringit zamanı, eləcə də allergik reaksiyanın başlanğıcında müşahidə oluna bilər. Öskürək tutmasından sonra nəfəsalma çətinləşir, xüsusilə nəfəs alarkən fitə bənzər səs yaranırsa, bu, ciddi əlamət hesab olunur və təcili tibbi yardım tələb edə bilər. Bəlğəmli öskürək isə bronxlarda iltihabi proseslərlə əlaqəli ola bilər. Bu zaman bəlğəmin görünüşünə də diqqət yetirmək vacibdir.
Öskürək zamanı bəlğəmdə parlaq qırmızı qan izlərinin görünməsi xüsusilə narahatedici əlamətdir və ciddi ağciyər problemlərinin istisna edilməsini tələb edir. Öskürəyin başqa bir forması əsasən uzanarkən və ya gecə saatlarında meydana çıxan sakit öskürəkdir. Bu hal bəzi ürək-damar problemləri ilə əlaqəli ola bilər. Metalabənzər səslə müşayiət olunan, iki tonlu öskürək isə tənəffüs yollarının iri bronxlarının sıxılması zamanı ortaya çıxa bilər. Belə sıxılmaya limfa düyünlərinin böyüməsi və ya müxtəlif törəmələr səbəb ola bilər.
Mütəxəssislər xüsusilə öskürəyin iki həftədən artıq davam etməsinə, əvvəlkindən fərqli səslənməsinə, eləcə də temperaturun uzun müddət bir qədər yüksək qalması, səbəbsiz çəki itkisi və adi gəzinti zamanı nəfəs darlığı ilə müşayiət olunmasına diqqət çəkirlər. Belə əlamətlər müşahidə edilərsə, səbəbi özbaşına müəyyənləşdirmək və müalicəyə başlamaq əvəzinə həkimə müraciət etmək tövsiyə olunur. Öskürəyin xarakteri müəyyən ipucu verə bilsə də, dəqiq diaqnoz yalnız tibbi müayinə və zəruri müayinələr əsasında qoyula bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Təranə Axundova Salyan xəstəxanasına direktor oldu
TƏBİB-in icraçı direktoru: 72 mindən çox tibb işçisinin maaşı artırılıb
Valideynlərə bağçalarda infeksiya xəbərdarlığı!
Zaqatala xəstəxanasında kadr dəyişikliyi: Qurbanovun qohumu işdən çıxdı
İsti çörək həzm problemlərinə səbəb ola bilər!
Payızda viruslara qarşı mübarizə: Vacib tövsiyələr
Fəsil dəyişiklikləri: Orqanizmdə hansı dəyişikliklər olur?