Alimlər qəndin əsas zərərini açıqladı
Qlükoza və fruktozadan ibarət olan saxaroza bağırsaq mikroflorasının inkişafı üçün vacib olan zülalın formalaşmasına əngəl yaradır.
Oxu.Az xəbər verir ki, belə bir nəticəyə ABŞ-ın Yel Universitetinin alimləri gəlib.
Məlum olduğu kimi, bağırsağın mikroflorası insanın sağlamlığında vacib rol oynayır, onun quruluşu qida rasionundan asılı olaraq dəyişir. Buna qədər karbohidratların nazik bağırsağa qədər sovrulduğu, şəkərin isə heç vaxt yoğun bağırsağa qədər gedib çıxmadığı hesab olunurdu. Lakin bu yaxınlarda şəkərin mikrofloraya təsir etdiyi, onun quruluşunu dəyişə bildiyi qeyd olunur.
Alimlər yüksək qlükoza və fruktozadan ibarət pəhrizin siçan orqanizmində faydalı Bacteroides thetaitaomicron bakteriyasına təsirlərini araşdırıb. Məlum olub ki, qlükoza və fruktozadan ibarət olan saxaroza xeyirli bakteriyaların kolonizasiyası üçün vacib olan “Roc” (regulator of colonization/ kolonizasiya tənzimləyicisi) zülalının formalaşmasına əngəl yaradır.
Mütəxəssislər zülal aktivliyi dəyişməyən bakteriyaların ştammını yaradıb.Bu mikroorqanizmlər adətən yüksək karbohidratlı pəhriz zamanı daha fəal şəkildə çoxalıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əllərin üşüməsi ciddi xəstəliklərin xəbərçisi ola bilər!
Kartof və makaron ürək üçün təhlükədir!
İbuprofenin həddindən artıq istifadəsi təhlükə saçır
Əməkdar artist Sevda Məmmədzadə komada: Vəziyyət kritikdir
Melatonin çatışmazlığı: Xərçəng riski artır!
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!