"Ali təhsil haqqında" qanunda nələr var? - “Bu, özündə bir sıra vacib məsələləri ehtiva edir”
“Hazırda “Ali təhsil haqqında” yeni qanun layihəsi üzərində ciddi iş gedir. Nəzərdə tutulub ki, qanun Milli Məclisin yaz sessiyasında müzakirə olunsun. Amma hələ ki, sənədin üzərində iş gedir, proses tam yekunlaşmayıb. Sənəd üzərində iş yekunlaşdıqdan sonra qanun layihəsi parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq”.
Bunu Bakupost.az -a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov deyib.
Millət vəkili bildirib ki, Milli Məclisdə hazırlanan qanun layihəsi ilə bağlı təhsil ekspertlərinin iştirakı ilə bir neçə dəfə müzakirələr aparılıb.
Prezident Administrasiyasında və nazirliklərdə baxılıb, müzakirə edilib.
Millət vəkili vurğulayıb ki, yeni “Ali təhsil haqqında” qanun özündə bir sıra vacib, çox mühüm, əhəmiyyətli məsələləri ehtiva edir: “Hesab edirəm ki, “Ali təhsil haqqında” qanunu dəyişməklə biz növbəti mərhələdə təhsil sahəsində bir sıra irəliləyişlərin və müsbət dəyişikliklərin şahidi olacayıq”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda müəllimlərə maaşla bağlı ŞAD XƏBƏR
Gələn il bu universitetlərdə tələbə qəbulu azala bilər - Nazir açıqladı
Müəllimlər axşam saat 6-ya kimi məktəbdə qalacaq
Şiddətli töhmət alan məktəb direktoru işdən çıxarıldı
İmtahan qabağı abituriyentlərə vacib məsləhətlər - Bunlara əməl edin