Ali məhkəmədən podrat müqavilələrinə dair yeni qərar: Hüquqi yanaşmada hansı yeniliklər var?
Azərbaycan Ali Məhkəməsi podrat müqavilələrindən doğan mübahisələrin həlli prosesində qanunvericiliyin düzgün tətbiqini təmin etmək və bu sahədə hüquqi yanaşmanın sabitliyini qorumaq məqsədilə yeni bir Plenum Qərarı qəbul edib.
Minval.info xəbər verir ki, bu qərar çərçivəsində podrat müqavilələrinin digər mülki-hüquqi müqavilələrdən fərqləndirici xüsusiyyətləri müəyyən edilib. Eyni zamanda, kommersiya subyektləri üçün podrat müqavilələrinin forma tələbləri aydınlaşdırılıb və “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, istehlak podratının və çoxmənzilli binaların tərkib hissəsinə dair podrat müqavilələrinin xüsusiyyətləri təhlil edilib.
Ali Məhkəmənin Plenumu, həmçinin, 2027-ci ilin 1 yanvar tarixindən 2028-ci ilin 1 yanvar tarixinədək kommersiya məhkəmələri və apellyasiya instansiyalarında baxılan işlərin monitorinqinin aparılmasını qərara alıb. Bu monitorinq Bakı şəhəri üzrə rayon məhkəmələri və Bakı Apellyasiya Məhkəməsində də həyata keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sabah yağış yağacağı ehtimalı var
Qubanın dağlıq ərazilərinə ilki qar yağdı
Şahdağda qar yağışı qeydə alınıb
Rayonlarda şimşək və yağışlı hava şəraiti müşahidə olunur
Binəqədi şosesində zolaqlar artırıldı: hərəkət daha rahat olacaq
Bakının bəzi ərazilərində elektrik enerjisi kəsintiləri olacaq
Xırdalan və Masazıra gedən taksilərin fəaliyyəti bərpa edildi