Ali məhkəmədən podrat müqavilələrinə dair yeni qərar: Bizneslər üçün hansı dəyişikliklər gözlənilir?
Azərbaycan Ali Məhkəməsi, podrat müqavilələri ilə əlaqədar mübahisələrin həlli zamanı qanunvericiliyin düzgün tətbiqini təmin etmək məqsədilə yeni Plenum Qərarı qəbul edib. Bu qərar, mülki-hüquqi yanaşmanın sabitliyini qorumağa yönəlib.
Minval.info xəbər verir ki, qərarda podrat müqavilələrini digər mülki-hüquqi müqavilələrdən ayıran meyarlar müəyyən edilib. Eyni zamanda, kommersiya subyektləri üçün podrat müqaviləsinin forma tələbləri dəqiqləşdirilib. “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əməl edilməməsinin mülki-hüquqi nəticələri, istehlak podratı və çoxmənzilli binaların tərkib hissəsi ilə bağlı müqavilələrin xüsusiyyətləri də təhlil olunub.
Ali Məhkəmənin Plenumu, həmçinin, bu qərarın tətbiqi ilə əlaqədar olaraq kommersiya və apellyasiya məhkəmələrində baxılan işlərə nəzarət etməyi planlaşdırır. Bu monitorinq 2027-ci ilin 1 yanvarından 2028-ci ilin 1 yanvarına qədər davam edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sabah yağış yağacağı ehtimalı var
Qubanın dağlıq ərazilərinə ilki qar yağdı
Şahdağda qar yağışı qeydə alınıb
Rayonlarda şimşək və yağışlı hava şəraiti müşahidə olunur
Binəqədi şosesində zolaqlar artırıldı: hərəkət daha rahat olacaq
Bakının bəzi ərazilərində elektrik enerjisi kəsintiləri olacaq
Xırdalan və Masazıra gedən taksilərin fəaliyyəti bərpa edildi