AİLƏ QƏTLİAMI: Kişinin gözü qarşısında iki oğlu və arvadı güllələndi FOTO
Kiyev yaxınlığındakı Buçada Rusiya hərbçiləri Aleksandr Çikmarevin həyat yoldaşını və uşaqlarını onun gözü qarşısında güllələyiblər.
“Minval.info” lent.az-a istinadən xəbər verir ki, kişi möcüzə nəticəsində sağ qalıb.
“Saat 6-da dostlarla və qardaşımla Buçadan ayrılmaq üçün toplandıq. Evdən çıxdıq, qarşımızda piyada döyüş maşını dayandı. Və dərhal atəş başladı. Uşaqlarım və həyat yoldaşım dərhal öldü. Oğlanlarımdan birinin 10, digərinin 5 yaşı vardı. Avtomobilim alışdı, mən də yaralandım. Maşından sürünərək yola çıxdım. Bir ağacın arxasında gizləndim”, – Aleksandr hadisə anını belə danışır.
Onun sözlərinə görə, Rusiya hərbçilərinin edam üçün heç bir aşkar səbəbləri olmayıb: “Ailənin getdiyini görürdülər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran-Ermənistan arasında yeni gömrük dəhlizi açılır
Kanadadan Aİ-yə assosiativ üzvlük təklifi
İran Hörmüz boğazını açmaq üçün şərt qoydu
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!