Agentlikdən dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Məlum olduğu kimi yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilməkdədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə dumanlı hava şəraiti yanvarın 22-si səhər saatlarınadək davam edəcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Minval.info-ya verilən məlumatda sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edilib.
Rəsmi qurum eyni zamanda, piyadalardan xahiş edir ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Suyun altında qalan maşının pulunu kim verəcək?
Zaur onu tənqid edənləri belə ƏLƏ SALDI - VİDEO
16 yaşlı ana xəstəxanada təvəllüdünü gizlədib - FOTO
İlham Əliyev və Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər
Fazil Mustafa: “Direktorun işdən çıxarılmasını doğru hesab etmirəm”
Deputatdan oğlunun tutulması xəbərinə reaksiya