Ağdaşda məclis təşkil edənlər saxlanıldı - Kafe sahibi həbs edildi
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq, şəhər ərazisində yerləşən kafelərin birində 50 nəfərdən artıq şəxsin bir yerə toplaşaraq məclis təşkil etdiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətindən Minval.info-ya verilən məlumata görə, həmin şəxslər restoranın açılışını qeyd etmək məqsədilə bir yerə toplaşdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən məclisi təşkil edən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə obyekti işlədən Asif İbrahimov 10 gün müddətinə inzibati həbs olunub, digərləri isə cərimələniblər.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək