Ağdərədə dəhşətli mina partlayışı: Qht əməkdaşı ayağını itirdi, digəri xəstəxanada
Ağdərə rayonunun Çardaqlı kəndi yaxınlığında mina partlayışı baş verib, nəticədə qeyri-hökumət təşkilatının iki əməkdaşı xəsarət alıb.
Minval.info xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin məlumatına görə, 1994-cü il təvəllüdlü Əlzamin Vəzir oğlu Surxaylı mina partlayışı nəticəsində sağ ayağından ağır xəsarət alıb. Digər əməkdaş, 1998-ci il təvəllüdlü Füzuli Rizvan oğlu Mirzəyev isə yüngül bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Xəsarət alan şəxslər dərhal Tərtər Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Əlzamin Surxaylının sağ aşıq baldırı amputasiya edilib, Füzuli Mirzəyevin isə qarının ön divarında çoxsaylı qəlpə yaraları diaqnozu qoyulub. Füzuli Mirzəyev daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına köçürülüb, Əlzamin Surxaylının müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir və vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ağcabədidə dəhşətli qəza: iki qardaş həyatını itirdi
Bəzi bölgələrdə dolu və sulu qar gözlənilir
Masazır dairəsində ağır yol qəzası baş verib
Siyəzəndə yük avtomobili və minik maşını toqquşdu
Etna vulkanının püskürməsi Siciliyada hava limanını iflic etdi
Afinada partlayış nəticəsində iki nəfər həlak olub
Bakıda Qaradağ rayonunda vulkan püskürdü