17.09.2026 - 11:02
Lent 15 baxış

Tatarlı kəndinə qaz çəkilişi sürətləndirildi

Ölkə ərazisində qazlaşdırılmayan kənd və yeni yaşayış massivlərinə qaz xətlərinin çəkilişi mərhələli şəkildə davam etdirilir. Bu məntəqələrdən biri də Şəmkir rayonunun Tatarlı kəndinin yeni yaşayış massividir.

Minval.info xəbər verir ki, “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismarı İdarəsinin Mühəndislik və layihə şöbəsinin rəisi Emin Əliyev Tatarlı kəndinin genişlənən hissəsində küçə qaz xətlərinin çəkilişi layihəsi çərçivəsində müxtəlif diametrli borulardan istifadə edilərək ümumilikdə 21 min metr uzunluğunda qaz xəttinin çəkilməsinin nəzərdə tutulduğunu bildirib. Artıq 18 min metr qaz xəttinin çəkilişi başa çatdırılıb.

Görülən işlərin sakinlər üçün əhəmiyyəti böyükdür. Kənd sakini Əli Əliyev uzun illər ərzində bu yaşayış massivində mavi yanacağın olmamasının, xüsusilə payız-qış mövsümündə sakinlərin ciddi çətinliklərlə üzləşməsinə səbəb olduğunu qeyd edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: