Ağcaqanadlardan qorunmaq üçün ən effektiv vasitə

Yay mövsümündə ağcaqanad və arıların insanın bədənində yaratdığı qızarıqlıq, qaşıntı və şişlik hər kəsi narahat edir.
Publika.az xəbər verir ki, mütəxəssislər belə problemlərdən uzaq qalmaq üçün ən effektiv üsulların təbii və bitki mənşəli vasitələr olduğunu bildirir.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Yayda su yığıntıları, tullantı məhsullarının qoxusu və nəm sahələr ağcaqanadların sayının artmasına səbəb olur. Ağcaqanadlar və insan və heyvanların qanı ilə qidalandıqları üçün ciddi xəstəliklərə, hətta epidemiyaya səbəb olurlar.
Bütün bu problemlərin qarşısını ala bilmək üçün mütəxəssislərin tövsiyələrinə qulaq vermək lazımdır:
1. Ağcaqanadlardan qorunmaq üçün lavanda, kəklikotu, nanə, darçın və sarımsaq kimi bir çox bitkidən yararlanmaq olar. Bu bitkilərin yağından istifadə etsəniz, ağcaqanadların vücudunuza yaxınlaşmasını əngəlləyə bilərsiniz.

2. Bağda və yaşıllıq olan məkanlarda rahat zaman keçirmək istəyirsinizsə, uzun corab və mütləq şəkildə ayaqqabı geyinməlisiniz.
4. Evinizin ətrafında su yığıntısı varsa, dərhal ləğv edilməli, onun yerinə qum, çınqıl tökülməlidir ki, ağcaqanadların artması üçün münbit şərait olmasın.
5. Tərkibində şəkər olan qidaların üzəri bağlı saxlanılmalıdır.
6. Ağcaqanad sancmalarından qorunmaq üçün tor şəbəkələrdən, ultrasəs və ya Günəş, bitki tərkibli və optik ağcaqanad qovan əşyalardan istifadə edilməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar