AFFA UEFA-ya müraciət etdi
2019-cu il mayın 29-da Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi nəzərə alınaraq, UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin mart ayından etibarən Bakı Olimpiya Stadionu digər tədbirlər üçün qapalı olacaq.
Minval.info AFFA-ya istinadən xəbər verir ki, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu təqvimə əsasən 2019-cu ilin mart-may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub.
Hazırda məsələyə UEFA tərəfindən baxılır.
AÇ-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi 2018-ci il dekabrın 2-də İrlandiyanın Dublin şəhərində keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yamal: "Qələbə qolunun əsasını mən qoydum
Messi İspaniya klubunu almağa hazırlaşır
Barselonanın qapıçısı Qarsiya 3 həftəlik sıradan çıxdı
Messi MLS-də 100-cü qolunu vurdu!
Avropa Liqasında nəhənglərin mübarizə gecəsi!
Kiyevə hücum: Bir ölü, on bir yaralı
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?