AFFA prezidenti "Qarabağ"ı təbrik edib

AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunu UEFA Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı təbrik edib.
“Minval.info” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, funksioner Ağdam təmsilçisinin ardıcıl 8-ci dəfə avrokubokların qrup mərhələsinə yüksəldiyini xatırladıb.
Abdullayev futbolçulara, məşqçilərə və klub rəhbərlinə təbriklərini çatdırıb: “6 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu bu dəfə eyni uğuru yeni turnirdə də təkrarlamağı bacardı. Bu, böyük müvəffəqiyyətdir. Cari avrokubok mövsümündə təmsilçimizin bir qədər də irəliləyərək Konfrans Liqasının play-off mərhələsinə vəsiqə qazanmasını arzu edirəm. Bir daha “Qarabağ”ın futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini və ölkəmizin futbol ictimaiyyətini bu nəticə münasibətilə təbrik edirəm”
Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Qurban Qurbanovun tanınması üçün xüsusi vəsiqəyə ehtiyac yoxdur" - açıqlama
“Milan” yeni baş məşqçisini açıqlayıb
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri – SİYAHI
Gimnastlarımız 6 medal qazandı
"Qurban Qurbanov çox ləyaqətli hərəkət edib" - Dövlət başçısı
"Yuventus"un daha bir futbolçusu koronavirusa yoluxdu