Afaq Bəşirqızı deputat olmaq istəyir? - Özü danışdı
Xalq artisti Afaq Bəşirqızı sosial şəbəkədə millət vəkili olması ilə bağlı başlanılan kampaniya və yayılan məlumatlara münasibət bildirib.
Minval.info xəbər verir ki, Oxu.Az-a danışan Xalq artisti belə bir təklifin onun üçün süpriz olduğunu bildirib:
“Belə bir təklifin olması özüm üçün də süpriz oldu. Hamıya minnətdarlığımı bildirirəm. Amma hələlik bu barədə fikirləşmirəm. Hazırda yeni layihələrim var. Başım onlara qarışıqdır”.
“Sənət dostlarından kimlərsə bununla bağlı sizinlə əlaqə saxlayıb?” sualına gəlincə, Afaq Bəşirqızı qeyd edib:
“Xeyr. Çünki buna vaxtım yoxdur. Bütün günü yeni layihə ilə bağlı axşam saat 23:00-a kimi çalışıram. İnanın ki, hər gün evə yorğun gəlirəm”.
Qeyd edək ki, sosial şəbəkələrdə sənətçilərin bir çoxu Afaq Bəşirqızının şəklini yayaraq, onun deputat olmasını istəmələri ilə bağlı paylaşımlar edib. Hətta bununla bağlı sosial şəbəkələrdə kampaniyalar belə başladılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?