Adını dəyişdirmək istəyənlər üçün vacib xəbər: Hansı hallarda buna icazə verilmir?
Azərbaycanda ad, ata adı və soyadın dəyişdirilməsi ilə bağlı hüquqi prosedurlar və vətəndaşların bilməli olduğu əsas qaydalar Ədliyyə Nazirliyi tərəfindən yenidən xatırladılıb.
Minval.info xəbər verir ki, nazirliyin açıqlamasına görə, Azərbaycan vətəndaşları 18 yaşına çatdıqdan sonra adını, ata adını və soyadını dəyişdirmək üçün seçdikləri qeydiyyat şöbəsinə müraciət edə bilərlər. Xaricdə yaşayan vətəndaşlar isə bu müraciəti konsulluq idarələrinə təqdim etməlidirlər.
Müraciət qəbul edildikdən sonra vətəndaşlıq vəziyyəti akt qeydlərinin əldə olunması üçün sorğular göndərilir və sənədlər şəxsin yaşayış yeri üzrə polis orqanına təqdim edilir. Yoxlamanın nəticələrinə əsasən qeydiyyat orqanı adın, ata adının və ya soyadın dəyişdirilməsi barədə qərar qəbul edir. Qərar müsbət olduqda dəyişiklik dövlət qeydiyyatına alınır və vətəndaşa müvafiq şəhadətnamə təqdim edilir. İmtina qərarına isə inzibati qaydada və ya məhkəməyə müraciət etməklə şikayət etmək mümkündür.
Nazirlik həmçinin qeyd edir ki, cinayət mühakimə icraatında şübhəli və ya təqsirləndirilən şəxslər, götürülməmiş və ya ödənilməmiş məhkumluğu olanlar, eləcə də tibbi xarakterli məcburi tədbirlər tətbiq edilən şəxslərin ad, ata adı və soyadını dəyişdirməsi mümkün deyil. Qanunvericiliyə əsasən, adın, ata adının və soyadın təkrar dəyişdirilməsi də mümkün deyil, yalnız bəzi istisnalar mövcuddur.
Adın, ata adının və soyadın dəyişdirilməsi üçün dövlət qeydiyyatı zamanı 15 manat dövlət rüsumu ödənilməlidir. Ər-arvaddan birinin soyadını dəyişməsi digərinin soyadının avtomatik dəyişdirilməsinə səbəb olmur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ramin İsayevin 100 milyonluq əmlakı müsadirə olundu
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
Şirkət rəhbəri tikinti üçün aldığı 1.3 milyon manatı mənimsəyib
Raqif Abbasovun 12 il həbsi tələb edildi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı