23.08.2026 - 12:39
Kriminal 105 baxış

Adanada dini təşkilata geniş əməliyyat: Rəhbərlik həbsdə

Türkiyənin Adana vilayətində “Alparslan Kuytul Cinayət Təşkilatı”na qarşı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində təşkilatın rəhbəri Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul həbs olunublar.

Minval.info xəbər verir ki, avqustun 19-da Adana Respublika Baş Prokurorluğu və Vilayət Təhlükəsizlik İdarəsinin birgə apardığı təhqiqat çərçivəsində altı vilayətdə eyni vaxtda əməliyyatlar həyata keçirilib. Bu əməliyyatlar zamanı Alparslan Kuytul və həyat yoldaşı ilə yanaşı, 56 nəfər “cinayətkar təşkilat qurma və idarə etmə, təşkilata üzv olma”, “çirkli pulların yuyulması”, “fırıldaqçılıq”, “rəsmi sənədlərdə saxtakarlıq” və “Vergi Məcəlləsinin tələblərini pozma” ittihamları ilə saxlanılıb.

Şübhəlilər polis idarəsindəki prosedurlardan sonra məhkəmə qarşısına çıxarılıblar. Prokurorluq tərəfindən 44 nəfər barəsində həbs, doqquz nəfər barəsində isə məhkəmə nəzarəti tələb olunub. Hakim qarşısına çıxarılan Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul barəsində həbs qətimkan tədbiri seçilib və onlar həbsxanaya göndəriliblər. Digər şübhəli şəxslərlə bağlı məhkəmə prosesi davam edir.

Qeyd edək ki, Furkan Vəqfi Alparslan Kuytulun rəhbərliyi ilə Adanada yaradılmış diniyönümlü təşkilatdır. Qurani-Kərimə uyğun təhsil vermək, nəsil yetişdirmək və İslam mədəniyyəti qurmaq iddiası ilə fəaliyyət göstərən vəqf, idarəetmə forması və ritorikası səbəbindən tez-tez hüquqi proseslərlə üzləşib və ictimai müzakirələrə səbəb olub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: