2026 Nobel Ədəbiyyat Mükafatının qalibi açıqlandı
Maraqlı gözləntilərdən sonra 2026 Nobel Ədəbiyyat Mükafatının qalibi elan edildi. Bu il mükafata Kanadalı şair, esseist, tərcüməçi və klassik ədəbiyyat professoru Anne Karson layiq görüldü. Mükafatın təfərrüatları hələ dərc olunmayıb.
Minval.info xəbər verir ki, Nobel mükafatları Alfred Nobelin vəsiyyəti əsasında, insanlığa xidmət göstərənlərə verilən ən nüfuzlu mükafatlardan biri hesab edilir. İsveçli Alfred Nobelin ölümündən sonra, 29 iyun 1900-cü ildə təsis edilən Nobel Fondu tərəfindən təqdim edilən bu mükafatlar, beş əsas sahədə – fizika, kimya, ədəbiyyat, sülh və tibb üzrə ən uğurlu fərdlərə və ya təşkilatlara verilir.
Nobel mükafatları İsveç Kral Elmlər Akademiyası, İsveç Akademiyası, Karolinska İnstitutu və Norveç Nobel Komitəsi tərəfindən təqdim edilir. Bundan əlavə, Nobel İqtisadiyyat Mükafatı 1968-ci ildə İsveç Mərkəzi Bankı tərəfindən Alfred Nobelin xatirəsinə iqtisadiyyat sahəsində də təqdim edilməyə başlanmışdır.
Hər il 10 dekabrda, Alfred Nobelin ölüm ildönümündə keçirilən xüsusi mərasimdə mükafatlar sahiblərinə təqdim edilir. 1901-ci ildən bu yana təqdim edilən mükafatlar, əsasən Birinci və İkinci Dünya Müharibələri dövründə verilməmişdir. Son illərdə isə Kovid-19 pandemiyası səbəbindən 2020 və 2021-ci illərdə mükafat mərasimləri keçirilməmişdir.
Nobel mükafatlarının namizəd siyahıları ictimaiyyətə açıqlanmır və namizədlərin adları 50 il müddətində gizli saxlanılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Azərbaycana mal ixracında 1 milyard dollar azalma
Avropa İttifaqının borcu 2027-ci ilə qədər 1 trilyon avroya çata bilər
Azərbaycanda "Stop-Kredit" xidməti istifadəyə verilib
Tokayevin Orta Dəhlizlə bağlı təklifi bölgəni dəyişə bilər
Neftin qiyməti ilə bağlı yeni proqnoz açıqlandı
Qızıl ucuzlaşır: Son qiymətlər necədir