Xəzərdəki faciə ilə bağlı Qazaxıstanda sabiq komandan həbs edildi
Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı Kanat Niyazbəyov saxlanılıb və müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat verilib.
Minval.info xəbər verir ki, məhkəmə Xəzər dənizində keçirilən təlimlər zamanı 14 hərbçinin ölməsi ilə bağlı onun həbsinə qərar verib. Bu faciə sentyabrın 24-də açıq dənizdə təlim-döyüş tapşırığı zamanı baş verib.
Hərbi Dəniz Qüvvələrinin sabiq baş komandanı ilə yanaşı, Qazaxıstanın müdafiə nazirinin iki müavini də vəzifələrindən azad edilib. Niyazbəyov vəzifəsindən oktyabrın 3-də azad edilmişdi.
Qeyd olunur ki, təlim zamanı havanın pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 hərbçi dənizdə qalıb. Axtarış-xilasetmə əməliyyatı nəticəsində üç hərbçi xilas edilsə də, 14 nəfər həyatını itirib.
Niyazbəyov hadisənin hava şəraiti və dalğaların güclənməsi səbəbindən baş verdiyini bildirib. Hərbçilərin xilasetmə jiletlərinin olub-olmadığı sualına isə “yəqin ki, olub” deyə cavab verib. Hazırda araşdırma davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İstanbulda məktəb bıçaqlanması: bir şagird həlak olub, səkkiz yaralı
Təyyarədə terror cəhdi edən pilotun qarşılaşacağı cəza açıqlandı
Azərbaycanlıların olduğu gəmiyə hücumun detalları açıqlanıb
Londonda İsrail səfirliyinə bıçaqla hücum edən şəxs ömürlük həbs edildi
Nigeriyada hərbi təyyarə qəzaya uğradı: 32 nəfər həlak olub
Abşeronda döyülən şəxs xəstəxanada vəfat edib