Paşinyan: Yaxın gələcəkdə Türkiyə ilə diplomatik əlaqə qurulacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan, Ermənistanla Türkiyənin yaxın gələcəkdə diplomatik əlaqələr quracağına dair əminliyini ifadə edib.
Publika.az-ın məlumatına görə, Paşinyan bu fikirləri 2026-cı ildə keçiriləcək Üçüncü Dünya Erməni Sammitində iştirakçılarla söhbətində səsləndirib.
“Ermənistan və Türkiyə arasında hələlik diplomatik münasibətlər qurulmayıb. Lakin mən inanıram ki, bu münasibətlər qarşılıqlı ərazi bütövlüyü, suverenlik və sərhədlərin tanınması prinsipləri əsasında qurulacaq. Bu, qəbul etməli olduğumuz bir reallıqdır. Mənim bu məsələ ilə bağlı heç bir narahatlığım yoxdur və problemin mövcud olduğunu göstərən obyektiv faktlar da yoxdur”, – deyə Paşinyan bildirib.
Qeyd edək ki, Ermənistan və Türkiyə arasında diplomatik əlaqələr yoxdur və sərhəd 1993-cü ildən bəri bağlıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrail müxalifəti ultra-ortodoks partiyalarla əməkdaşlığa açıqdır
Amerika Trampdan əvvəlki siyasətə qayıda bilərmi?
Məcburi köçkün qadınla evlənən kişilər də məcburi köçkün sayılacaq
Paşinyan Türkiyəyə gedir – İrəvandan diqqətçəkən açıqlama
ABŞ Konqresində demokratların zəfəri Trampın siyasətinə mane ola bilər
Demokratlar Trampın planlarını alt-üst edə bilər
Mirzoyan: Türkiyə ilə birbaşa ticarət başlayıb, tezliklə Azərbaycanla da