ABŞ Hörmüzdə gizli minatəmizləmə əməliyyatı aparıb
ABŞ Hərbi Dəniz Qüvvələri son dörd ay ərzində Hörmüz boğazında gecə saatlarında gizli minatəmizləmə əməliyyatları həyata keçirib. Minval.info xəbər verir ki, Vaşinqtonla Tehran arasında bölgədə qarşılıqlı zərbələr davam etdiyi bir vaxtda ABŞ hərbçiləri boğazda xüsusi əməliyyatlar keçiriblər. Əməliyyatlara ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi hazırlıqlı dalğıcları, robotlaşdırılmış katerlər və sualtı qurğular cəlb olunub.
Əməliyyatların əsasən gecələr həyata keçirildiyi bildirilib. ABŞ hərbçiləri ehtimal olunan minaların aşkarlanması üçün yedəyə alınan hidroakustik sensor sistemləri ilə təchiz edilmiş robot katerlərdən və xüsusi sualtı aparatlarından istifadə ediblər. Aşkarlanan təhlükəli obyektlərin müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi prosesində dalğıclar da iştirak edib. Bu əməliyyatlar zamanı ABŞ hərbçiləri arasında minatəmizləmə ilə əlaqəli ölüm və ya itki faktı qeydə alınmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moped və velosiped sürənlərə xəbərdarlıq
Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
Şəkidə məmur bələdiyyə sədrinə hücum etdi
Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi
Rusiya ordusu Kiyevin ən güclü istilik elektrik stansiyasını vurdu
Hakkaridə Türkiyə əsgəri həlak oldu
Ata hamilə qızını və sevgilisini qətlə yetirdi