ABŞ-da iyrənc hadisə— Ər-arvad 14 yaşlı qızı qaçırdı, 9 ay zorladı
ABŞ-da baş verən iyrənc bir hadisənin qurbanı Elizabet Smart mətbuata səslənib. Elizabet 2002-ci ilin 4 iyun gecəsi 14 yaşı olanda qaçırılıb.
Pedofil Brayan Devid Mitçel onu qaçıraraq 9 ay zorlayıb. Mitçel mətbəxin açıq pəncərəsindən evə daxil olub və bıçaqla Elizabeti hədələyərək qaçırıb. Mitçel və arvadı Vanda 9 ay boyunca azyaşlını zorlayıb.
Hazırda 30 yaşı olan Elizabet məsələni yenidən gündəmə gətirib. İndi 64 yaşı olan Vanda 15 illik həbsdən sonra gələn həftə azadlığa çıxacaq.
Smart isə Vandanın da Mitçel qədər günahkar olduğunu bildirir:
“Əri məni zorlayanda yanımda oturmuşdu. Ərini cəsarətləndirirdi. Mənə heç vaxt kömək etmədi. Hətta mənə köləsi imişəm kimi davranırdı. Onun həbsdən çıxmasına necə icazə verirlər? Məni qaçıranlar azadlığa çıxsa, təhlükəsizliyim təhlükədə olacaq”.
“Ölkə.Az”





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü