ABŞ-da ermənilər azərbaycanlılara hücum etdi - Fotolar
Los Ancelesdə yaşayan ermənilər ötən gün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.
Los Ancelesdəki Baş Konsulluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri ermənilərin təxribatına mane olublar. İngilis dilində “Qarabağ Azərbaycandır!”, “Ermənistanın təcavüzünə son qoyun!”, “Xocalıya Ədalət”, “Ermənistan COVID-19 pandemiyası dövründə Azərbaycana qarşı müharibəyə başlayır. Ar olsun!” və digər çoxsaylı şüarlar yazılan şəkilli plakatlar nümayiş etdiriblər.
Ermənilər həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. Təhlükəsizliyi təmin etmək üçün Los Anceles Polis idarəsinin əməkdaşları onların ətrafına düzülüb.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Biri qadın olmaqla 7 həmyerlimiz müxtəlif xəsarətlər alıb, xəsarət alan azərbaycanlılardan 4 nəfər xəstəxanaya müraciət edib. Baş konsul Nəsimi Ağayev xəstəxanaya gedərək xəsarət alan həmyerlilərimiz ilə görüşərək erməni cinayətkarların məsuliyyətə cəlb olunmaları üçün bütün lazımi tədbirlərin görüldüyünü bildirib.
Hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparılır.



![]()
![]()

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı