Abituriyentlər jurnalistika ixtisası üçün ilk dəfə elektron inşa yazdılar: Nəticələr açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanının nəticələrini açıqlayıb. İmtahan avqustun 4-də baş tutub.
Minval.info xəbər verir ki, imtahan nəticələrini DİM-in rəsmi internet səhifəsindən öyrənmək mümkündür. İmtahana qatılmaq hüququ qazanmış 827 abituriyentdən 189 nəfəri iştirak etməyib. Qalan iştirakçılardan 543 nəfər məqbul qiymət alaraq jurnalistika ixtisasını seçmək imkanı əldə edib.
Məqbul qiymət alan abituriyentlər avqustun 12-dən 19-dək ixtisas seçimlərini edə bilərlər. Bu il ilk dəfə abituriyentlər inşa yazılarını kompüter vasitəsilə elektron formada təqdim ediblər. Bu yenilik, abituriyentlərin fikirlərini daha oxunaqlı və səliqəli şəkildə ifadə etmələrinə, eləcə də mətni asanlıqla redaktə etmələrinə imkan yaradıb. Eyni zamanda, qiymətləndirmə prosesinin səmərəliliyi artırılıb və əl yazısının oxunması ilə bağlı çətinliklər aradan qaldırılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 10-11 avqust tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyət vəsiqələri ilə DİM-in əsas inzibati binasına və ya regional bölmələrinə yaxınlaşaraq ərizə təqdim edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Göyçə gölündə tornado: Nadir təbiət hadisəsi!
Şəhid atası: Qürur və fəxarət dolu həyat
Qaraçuxurda 10 illik kanalizasiya problemi bitmir!
Turizm "yetim" vəziyyətdə: Sərhədlər bağlandı!
Uşaq oyuncaqlarında Müşviq Şahverdiyevin mahnısı səslənir
BYD 183 min avtomobilini geri çağırır
Bəy Mamed"də villa iddiaları yalanlandı