Abel Məhərrəmova 1 həftə vaxt verildi
Ötən həftə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Abel Məhərrəmov hazırda Bakı ətrafındakı dəbdəbəli bağ evlərindən birində qalır.
Minval.info xəbər verir ki, bu barədə Musavat.com məlumat yayıb.
Sayt qeyd edir ki, Abel Məhərrəmova universitetdəki ucu-bucağı olmayan kabinetini boşaltmaq üçün 1 həftə vaxt verilib. O, BDU-ya rəhbərlik etdiyi dövrdə özünə iri kabinet düzəldib. Həmin kabinetdə xüsusi hazırlanmış istirahət və qonaqlar üçün otaqların olduğu deyilir.
Bildirilir ki, istirahət otağında Abel Məhərrəmovun çaxır kolleksiyası olan xüsusi ağacdan hazırlanmış mini bar da var. Həmin barın bahalı ağacdan olmaqla özəllikləri haqda belə iddialar var: – havanın temperaturunu 21 dərəcədən aşağı saxlayır, bu, çaxır saxlamaq üçün vacib şərtdir. Həmin bar kolleksiyadakı çaxırları qızdırıcıdan və ya günəş işığından qoruyur. Sabiq rektorun barında 100-ə yaxın əla növ şərabın saxlandığı və hər birinin çox bahalı olması deyilir. Belə barlarda temperaturu nizamlayıb, şərabları ən uyğun şəkildə illərlə qorumaq mümkündür. Abel Məhərrəmovun təkcə kabinetindəki kolleksiyasında saxladığı şərabların toplam qiymətinin 100 min manatı aşdığı iddia edilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hökumətdən maska və spirt açıqlaması
Fazil Məmmədovun otelləri əlindən alınır
"Qaçqınkom"dan intihar hadisəsilə bağlı AÇIQLAMA
Yevlaxın eks-icra başçısı da saxlanıldı - Rəsmi açıqlama
Azərbaycandan İrana gedən 2 çinli qadın karantinə götürülüb
“Qarabağla bağlı bəyanatda gizli əlavələr yoxdur” - Lavrov