Abel Məhərrəmov Almaniyaya aparıla bilər

Sabiq rektor iki gün reanimasiyada qaldıqdan sonra səhhətində nisbətən yaxşılaşma qeydə alınıb və onun Almaniyadakı xəstəxanalardan birinə köçürülməsi ilə bağlı danışıqlar aparılır
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb. Sputnik.az xəbər verir ki, sabiq rektor ötən həftənin şənbə günü yüksək qan təzyiqi ilə bağlı Mərkəzi Kliniki Xəstəxanaya müraciət edib. Ona ürək çatışmazlığı diaqnozu qoyulub.
Həyatı üçün ciddi təhlükə olduğundan, A.Məhərrəmov dərhal xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadakı mənbənin verdiyi məlumata görə, sabiq rektor iki gün reanimasiyada qaldıqdan sonra səhhətində nisbətən yaxşılaşma qeydə alınıb və o, bu gün palataya köçürülüb. Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir. Bununla belə, mənbə Abel Məhərrəmovun Almaniyadakı xəstəxanalardan birinə köçürülmə ehtimalının olduğunu qeyd edib. O bildirib ki, hazırda Almaniya xəstəxanaları ilə bu barədə danışıq aparılır.
Abel Məhərrəmov 2018-ci il noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır