“A+CO” ASC-nin əməkdaşı şirkətin 111 min manata yaxın pulunu mənimsəyib
“A+CO” ASC-nin (Xırdalan şərab zavodu) əməkdaşı tərəfindən ona etibar edilmiş pul vəsaitlərinin mənimsənilməsi barədə Şəki rayon prokurorluğuna daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
Bu barədə “Report”a Şəki rayon prokurorluğundan məlumat verilib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Aparılmış araşdırmalarla ASC-nin Kommersiya Departamentinin Satış şöbəsinin region üzrə satış bölməsinin satış təmsilçisi vəzifəsində işləyən Rza İbrahimovun 01.02.2021-ci il tarixindən 03.06.2022-ci il tarixədək tam maddi məsul şəxs kimi ASC-nin ona etibar edilən ümumilikdə 110 min 851 manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda istintaq davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı