Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq - AFİŞA
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin oyunlarına yekun vurulacaq.
“Report” xəbər verir ki, VI turda 1/16 finala yüksələn sonuncu 11 komanda müəyyənləşəcək.
Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” sonuncu matçında İngiltərədə “Arsenal”ın qonağı olacaq. Qrupun oyununda Portuqaliya “Sportinq”i Ukrayna “Vorskla”sını qəbul edəcək. London və Lissabon təmsilçiləri növbəti mərhələni daha öncə təmin edib.
Azərbaycan milli komandasının futbolçusu Riçard Almeydanın şərəfini qoruduğu Qazaxıstan “Astana”sı səfərdə Fransanın “Renn” komandası ilə qarşılaşacaq. “Astana”ya növbəti mərhələyə yüksəlmək üçün heç-heçə bəs edirsə, fransızlar mütləq qələbə qazanmalıdırlar.
Türkiyə klublarından növbəti mərhələ şanslarını davam etdirən “Beşiktaş” evdə İsveçin “Malmö” komandasının müqavimətini qırmağa çalışacaq. “Qara qartallar” qələbə qazanacağı təqdirdə digər görüşün nəticəsindən aslı olmayaraq pley-offa yüksələcək.
Qeyd edək ki, 13 komanda öncədən növbəti mərhələni rəsmiləşdirib. Sonuncu tur “Arsenal” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Latsio” (İtaliya), “Çelsi” (İngiltərə), “Sürix” (İsveçrə), “Bayer” (Leverkuzen, Almaniya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Zaltsburq” (Avstriya), “Zenit” (Rusiya), “Fənərbağça” (Türkiyə), “Sportinq” (Portuqaliya), “Betis” (İspaniya) və “Dinamo” (Kiyev, Ukrayna) komandaları üçün formal xarakter daşıyır.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
13 dekabr
A qrupu
00:00. AEK (Kipr) – “Bayer” (Almaniya)
00:00. “Ludoqorets” (Bolqarıstan) – “Sürix” (İsveçrə)
Xal durumu: “Bayer” – 10, “Sürix” – 9, AEK – 5, “Lüdoqorets” – 3.
B qrupu
00:00. “Leypziq” (Almaniya) – “Rusenborq” (Norveç)
00:00. “Seltik” (Şotlandiya) – “Zalsburq” (Avstriya)
Xal durumu: “Zaltsburq” – 15, “Seltik” – 9, “Leyptsiq” – 6, “Rusenborq” – 0.
C qrupu
00:00. “Kopenhagen” (Danimarka) – “Bordo” (Fransa)
00:00. “Slaviya” (Çexiya) – “Zenit” (Rusiya)
Xal durumu: “Zenit” – 11, “Slaviya” – 7, “Kopenhagen” – 5, “Bordo” – 4.
D qrupu
00:00. “Spartak” (Trnava, Slovakiya) – “Fənərbaxça” (Türkiyə)
00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Anderlext” (Belçika)
Xal durumu: “Dinamo” – 13, “Fənərbağça” – 8, “Spartak” – 4, “Anderlext” – 2
E qrupu
00:00. “Arsenal” (İngiltərə) – “Qarabağ” (Azərbacyan)
00:00. “Sportinq” (Portuqaliya) – “Vorskla” (Ukrayna)
Xal durumu: “Arsenal” – 13, “Sportinq” – 10, “Vorskla” – 3, “Qarabağ” – 3.
F qrupu
00:00. “Düdelanj” (Lüksemburq) – “Betis” (İspaniya)
00:00. “Olimpiakos” (Yunanıstan) – “Milan” (İtaliya)
Xal durumu: “Betis” – 11, “Milan” – 10, “Olimpiakos” – 7, “Düdelanj” – 0.
G qrupu
21:55. “Rapid” (Vyana, Avstriya) – “Reyncers” (Şotlandiya)
21:55. “Vilyarreal” (İspaniya) – “Spartak” (Moskva, Rusiya
Xal durumu: “Vilyarreal” – 7, “Rapid” – 7, “Reyncers” – 6, “Spartak” – 5.
H qrupu
21:55. “Latsio” (İtaliya) – “Ayntraxt” (Almaniya)
21:55. “Marsel” (Fransa) – “Apollon” (Kipr)
Xal durumu: “Ayntraxt” – 15, “Latsio” – 9, “Apollon” – 4, “Marsel” – 1.
I qrupu
21:55. “Beşiktaş” (Türkiyə) – “Malmö” (İsveç)
21:55. “Genk” (Belçika) – “Sarpsborq” (Norveç)
Xal durumu: “Genk” – 8, “Beşiktaş” – 7, “Malmö” – 6, “Sarpsporq” – 5.
J qrupu
21:55. “Akhisar” (Türkiyə) – “Standard” (Belçika)
21:55. “Sevilya” (İspaniya) – “Krasnodar” (Rusiya)
Xal durumu: “Krasnodar” – 12, “Sevilya” – 9, “Standard” – 9, “Akhisar” – 0.
K qrupu
21:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Yablonets” (Çexiya)
21:55. “Renn” (Fransa) – “Astana” (Qazaxıstan)
Xal durumu: “Dinamo” – 11, “Astana” – 8, “Renn” – 6, “Yablonets” – 2
L qrupu
21:55. “MOL Vidi” (Macarıstan) – “Çelsi” (İngiltərə)
21:55. PAOK (Yunanıstan) – BATE (Belarus)
Xal durumu: “Çelsi” – 15, BATE – 6, “Videoton” – 6, PAOK – 3.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı "Neftçi"si barədə maraqlı faktlar
Neymarın satış qiyməti AÇIQLANDI
"Arsenal"ın futbolçusu üçün mövsüm başa çatıb
Türkiyə tarixinin ən bahalı transferi reallaşdı
Ronaldo 200 milyonluq təklifə “yox” dedi
Deputatlarımız hiylə ilə qalib oldu - FOTO