77 yaşlı anasını boğub meyiti yandırdı - Azərbaycanda dəhşət - Təfərrüat
Bakıda dəhşətli qətl hadisəsi baş verib.
Minval.info-nun Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.
Rayonun Nardaran qəsəbəsi, Bağ massivi, ev 242-də yaşayan Bağırov Tahir Cəfər oğlu yaşadığı evdə anası, 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızı ilə şəxsi münasibətlər zəminində mübahisə edib.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Mübahisə nəticəsində T.Bağırov anasını boğaraq öldürüb.Qadının öldüyünə əmin olan oğul anasının meyitinin üzərinə ağ neft tökərək yandırıb.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Oxu.az-ın məlumatına görə, istintaq zamanı müəyyən olunub ki, ana və oğul arasında münaqişə olub. Məlumdur ki, oğul anasından yaşadıqları torpağın 4-5 sotunu satmaq üçün razılıq istəyirdi. Lakin R.Bağırova razı olmayıb. Bundan qəzəblənən T.Bağırov amansız cinayəti törədib.
Minal.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı