6 yaşlı qız anasının otağına girdi və dəhşətli hadisə ilə üz-üzə gəldi
Antaliyadan vətəni Ərzuruma uşaqlarıyla istirahətə gələn qadın naməlum səbəbdən dünyasını dəyişib.
Antaliyadan Ərzuruma istirahətə gələn 28 yaşlı Elif Canlının cansız bədnini 6 yaşlı qızı tapıb. Qızı anasını oyandırmaq istəyib, lakin mümkün olmadığını görərək, nənə və babasına xəbər verib. Lakin Elif xanımın artıq ürəyinin dayandığını görüb, həkimə xəbər veriblər. Elif Canlının həyata qaytarmaq üçün 1 saat çalışılsa da, onu həyata qaytarmaq mümkün olmayıb.
Hadisə yerinə gələn polis əməkdaşları meydi tibbi ekspertizaya göndəriblər. Elif Canlını anasının söylədiklərinə əsasən məlum olub ki, səhər qızı uşaqları üçün pizza bişirib və hamısı o yeməkdən yeyiblər.
Qadının yediyi pizzadan, yastığından nümunə götürərək onun zəhərlənmə ehtimalı öyrənilməyə çalışılacaq. Hazırda isə Elif Canlının nədən ölməsi sual altındadır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ebola Konqoda 3 mindən çox can aldı
Odessa yaxınlığında dron hücumu: İki azərbaycanlı həlak oldu
Qənirə Ataş: "Ölənləri günahlandırmaq ədalətsizlikdir
Zərdabda ad günü sevinci faciə ilə bitdi
90 yaşın sirri: Qəhvə, çəki və idman
Xocalıda ANAMA əməkdaşı minaya düşdü, xəsarət aldı
Qaxda BMW ağaca çırpıldı, sürücü xilas edildi