5-ə qədər saya bilmədiyi üçün uşağa işgəncə verdi - Azərbaycanlı atanı 7 il həbs gözləyir
Rusiyada yaşayan əslən azərbaycanlı olan Bəhram adlı şəxs 4 yaşlı uşağı xüsusi amansızlıqla döyüb.
Minval.info xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində yaşayan 20 yaşlı Bəhram sevgi münasibəti yaşadığı qadının 4 yaşlı qızını kəmərlə zərbələr endirib..
Qızın başında, kürəyində, çiyinlərində yaralar əmələ gəlməsinə səbəb olan Bəhram bildirib ki, qızın anası da bu hadisəyə şahid olub, lakin heç bir addım atmayıb. Bəhramın qıza 15 dəfə kəmərlə zərbə yetirməsinə səbəb isə onun 5-ə qədər saya bilməməsidir.
Körpə qızın vəziyyətini görən qonşu polisə xəbər verdikdən sonra hadisənin üstü açılıb. Qonşunun sözlərinə görə, belə davam edərsə qızın öləcəyindən qorxub.
Hazırda Bəhramı 7 ilə qədər həbs gözləyir. Körpə isə xəstəxanaya yerləşdirilib. Tibb bacısının sözlərinə görə, qız asanlıqla 5-ə qədər saya bilir, ancaq o, çox qorxur və Bəhramın adını eşitdikdə əsməyə başlayır.
Dəniz
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Moped və velosiped sürənlərə xəbərdarlıq
Ölümlə nəticələnən qəzaların səbəbləri açıqlandı
Şəkidə məmur bələdiyyə sədrinə hücum etdi
Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Rusiya ordusu Kiyevin ən güclü istilik elektrik stansiyasını vurdu
Hakkaridə Türkiyə əsgəri həlak oldu
