29 yaşlı gənc müəmmalı şəkildə qarajda intihar etdi
Hadisə Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən bağ evlərinin birində qeydə alınıb.
Minval.info-nun məlumatına görə, 1989-cu il təvəllüdlü Müşfiq Nazim oğlu Vəlizadə özünə məxsus qarajda qapını içəridən bağlayaraq 10 BK 010 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobilinin mühərrikini işlək vəziyyətinə gətirib və intihar edib. Faktla bağlı Xəzər rayon prokurorluğunda cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, Müşfiq Vəlizadə 2016-cı ilin yanvar ayında da özünü öldürmək istəyib. Belə ki, o zaman Müşfiq Vəlizadə Nəsimi rayonu, 28 May küçəsindəki mənzildə bıçaqla qarnına xəsarətlər yetirib. Vaxtında xəstəxanaya çatdırıldığından həyatını xilas etmək mümkün olmuşdu.
M.Vəlizadənin yaxınlarının bildirdiyinə görə, o, maddi çətinliklər ucbatından həyatına qəsd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncədə sürət qəzaları: Sakinlər təşviş içində!
Kenan və Beren 3 milyonluq villa axtarışında
FHN Zaqatalada yanğın təlimi keçirdi
Nepalda faciə: Həlak olanların sayı artır
Bədənlər -196°C-də: Ölüm sonrası həyat ümidləri
Bakıda mənzil alarkən qazancın sirri açıqlandı
Bərdədə ürəyi dayanan kişi möcüzəvi xilas edildi