17.09.2026 - 23:24
Ölkə 15 baxış

2026-cı ildə dörd ardıcıl qeyri-iş günü olacaq

2026-cı ilin qarşıdakı aylarında Azərbaycanda dörd qeyri-iş günü olacaq. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 8 Noyabr – Zəfər Günü, 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü iş günü hesab edilmir.

Minval.info xəbər verir ki, 8 və 9 noyabr tarixlərinin həftəsonuna təsadüf etməsi səbəbindən 10 noyabr da beşgünlük iş həftəsində istirahət günü kimi müəyyən edilib. Beləliklə, 8, 9 və 10 noyabr, həmçinin 31 dekabr qeyri-iş günləri olacaq.

Qeyd edək ki, 2026-cı ildə beşgünlük iş həftəsində 241 iş günü və 107 istirahət günü nəzərdə tutulub. 40 saatlıq iş həftəsi üzrə iş vaxtının illik norması isə 1922 saat təşkil edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: