Təhsil dələduzuna 6 il 8 ay həbs cəzası
Bakı Ağır Cinayətlər Məhkəməsində özünü təhsil eksperti kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən Əşrəf Əşrəflinin cinayət işi üzrə yekun məhkəmə prosesi başa çatıb. Məhkəmə iclasında dövlət ittihamçısı çıxış edərək, Əşrəf Əşrəflinin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Minval.info xəbər verir ki, məhkəmənin qərarına əsasən, Əşrəf Əşrəfli 6 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, o, Soner Kuçker adlı vətəndaşdan Tibb Universitetinə qəbul etmək üçün 34 min manat, Səbinə Abdullayevadan isə övladını İspaniyada universitetə qəbul etdirmək adı ilə 5100 manat pul alıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Əşrəf Əşrəfli 2021-2022-ci illərdə Yasamal rayonu ərazisində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 12 nəfərin 35 min manat pulunu ələ keçirib. O, xaricdə təhsil xidmətləri təklif edərək vətəndaşları inandırmaq üçün müxtəlif internet saytları yaradıb və özünü xaricdə təhsil üzrə məsləhətçi kimi təqdim edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vergi Xidmətinin üç vəzifəli şəxsi rüşvət ittihamı ilə həbs edildi
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı