AZAL Bakıdan Aktöbəyə ilk reysi açdı
Azərbaycan Hava Yolları (AZAL) Bakıdan Qazaxıstanın Aktöbə şəhərinə ilk reysini uğurla həyata keçirib. Bu yeni marşrutun açılması ilə AZAL-ın Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb.
Minval.info xəbər verir ki, Bakı–Aktöbə–Bakı istiqamətində müntəzəm reyslər həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək. Bu birbaşa uçuşlar iki ölkə arasında işgüzar əlaqələrin və turizm mübadiləsinin inkişafına, həmçinin qarşılıqlı səfərlərin daha rahat təşkilinə imkan yaradacaq.
Aktöbə, Qazaxıstanın qərbində yerləşən mühüm sənaye və iqtisadi mərkəzlərdən biridir. Zəngin tarixi-mədəni irsi və özünəməxsus təbiət abidələri ilə tanınan bu region, həm işgüzar səfərlər edən, həm də Qazaxıstanın qərb bölgəsinin mədəniyyəti, tarixi və təbiəti ilə yaxından tanış olmaq istəyən sərnişinlər üçün əlverişli seçimdir.
Bu il Şımkent və Atıraudan sonra Aktöbəyə uçuşların başlanması, AZAL-ın Mərkəzi Asiyada marşrut şəbəkəsini genişləndirmək istiqamətində atdığı növbəti addımdır. Yeni reyslər, həmçinin Qazaxıstandan səyahət edən sərnişinlərə Bakı üzərindən aviaşirkətin digər beynəlxalq istiqamətlərinə çıxış imkanı təqdim edir.
Aviabiletləri “Azərbaycan Hava Yolları”nın rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış ofisləri və akkreditə olunmuş agentlikləri vasitəsilə əldə etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şamaxinkada nəqliyyat xaosu: Sərnişinlər yollara çıxdı
Qobustanda günəş enerjisi ilə yeni dövr başlayır
Bəhlul Mustafazadə yenidən əməliyyat masasında!
Bakıda sabah yağışsız hava, mülayim külək gözlənilir
Qanunsuz ət satışı: Sağlamlığınıza təhlükə!
Çingiz Əlioğlunun vəfatının 40-cı günü yad edilir
Xəzər üçün vahid bioresurs məlumat bazası təklifi