17.09.2026 - 23:10
Kriminal 26 baxış

13 il sonra qətlin şübhəlisi saxlanıldı

2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə tapılmışdı. Bu hadisə ilə bağlı aparılan araşdırmalar nəticəsində qətlin tamah məqsədilə törədildiyi müəyyən edilib.

Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü Xəyal Məmmədov qətldə şübhəli bilinərək saxlanılıb və istintaqa təhvil verilib.

Hazırda Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: