17.09.2026 - 23:31
Lent 21 baxış

Fatma Mahmudova Afaq Bəşirqızına görə göz yaşı tökdü

Xalq artisti Fatma Mahmudova, həmkarı Afaq Bəşirqızı haqqında danışarkən duyğusal anlar yaşayıb. O, Afaq Bəşirqızının səhnədən əskik olmamasını arzuladığını bildirib.

Minval.info xəbər verir ki, Fatma Mahmudova həm özünün, həm də Afaq Bəşirqızının səhhətində yaranan problemləri xatırladaraq, heç kimin xəstə olmasını istəmədiyini vurğulayıb. “İstedadlı sənətkarlarımız var. Heç kimə xəstəlik arzulamıram. Özüm də xəstəyəm, istəmirəm kimsə xəstələnsin. 32 ildir Musiqili Teatrda çalışıram. Afaq Bəşirqızına deyirəm ki, səhnəmizdən əskik olma. Yaxşıdır, amma demək istəyirəm ki, istəmirəm kimsə xəstə olsun. Tamaşaçının bizə, Afaq xanıma ehtiyacı var. Heç nə etməsin, səhnədə dayansın, heç nə deməsin, o da böyük işdir”, – deyə o bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: