AI4DOST müsabiqəsinə müraciətlər tamamlandı: 32 layihə seçildi
Bu ilin oktyabr ayında Xankəndi şəhərində keçiriləcək “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində təşkil olunan “AI4DOST Sosial Mükafatı 2026” beynəlxalq müsabiqəsinə müraciətlərin qəbulu başa çatıb.
Minval.info xəbər verir ki, DOST Agentliyi tərəfindən keçirilən müsabiqəyə ümumilikdə 84 müraciət daxil olub. Müraciətlərin 32-si beynəlxalq, 52-si isə milli istiqamət üzrə qeydə alınıb. Aparılan təhlillərin nəticələrinə əsasən, ümumilikdə 32 layihə ilkin qiymətləndirmə mərhələsinə vəsiqə qazanıb. Bunlardan 17-si beynəlxalq müsabiqə (Ukrayna, Yunanıstan, Özbəkistan, Rusiya və s. ölkələrdən), 15-i isə milli müsabiqə üzrə təqdim olunan ərizələrdir.
Beynəlxalq müsabiqənin əsas məqsədi sosial sahədə qabaqcıl təcrübələrin, innovativ həllərin və sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliğidir. Müsabiqə 4 əsas kateqoriya (sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər, sosial könüllülük və vətəndaş təşəbbüsləri, sosial sahənin inkişafına elmi töhfə və regional sosial təşəbbüs), həmçinin fərdi nominasiyalar (“İlin gənc sosial innovatoru”, “Sosial transformasiya lideri / təşəbbüskarı” və “Sosial sahənin inkişafına davamlı töhfəyə görə”) üzrə keçirilir.
Hazırda təqdim olunan müraciətlərin qiymətləndirilməsi mərhələsi davam etdirilir. Müsabiqə qaliblərinin təntənəli mükafatlandırılma mərasimi bu ilin oktyabr ayında Xankəndi şəhərində baş tutacaq “SOCGOV 2026” forumu çərçivəsində təşkil olunacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AZAL Bakıdan Aktöbəyə ilk reysi açdı
Şamaxinkada nəqliyyat xaosu: Sərnişinlər yollara çıxdı
Qobustanda günəş enerjisi ilə yeni dövr başlayır
Bəhlul Mustafazadə yenidən əməliyyat masasında!
Bakıda sabah yağışsız hava, mülayim külək gözlənilir
Qanunsuz ət satışı: Sağlamlığınıza təhlükə!
Çingiz Əlioğlunun vəfatının 40-cı günü yad edilir