Azərbaycan şahmatçıları Səmərqənddə növbəti zəfər qazandı
Azərbaycanın kişilərdən və qadınlardan ibarət milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini əldə ediblər. II turda kişilərdən ibarət yığmamız Filippin millisini 3:1 hesabı ilə məğlub edib. Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərinə qalib gəliblər, Aydın Süleymanlı və Eltac Səfərli isə görüşlərini heç-heçə başa vurublar.
Minval.info xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi Danimarka yığmasını 4:0 hesabı ilə məğlub edib. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədovadan ibarət komandanın heyətində Fətəliyeva, Məmmədzadə, Balacayeva və Məmmədova rəqiblərinə qalib gəliblər.
Qeyd edək ki, ilk turda Azərbaycanın kişilərdən ibarət millisi Mərakeşi, qadınlardan ibarət yığmamız isə Qvatemalanı 4:0 hesabı ilə məğlub edib. Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və yarış sentyabrın 27-də başa çatacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb