NASA Ayda 222 metrlik nəhəng krater aşkar etdi
NASA Ayın səthində 222 metr diametrində yeni krater aşkarlayıb. Bu krater, göy cisminin toqquşması nəticəsində yaranmış və Günəş sistemində son dövrlərdə qeydə alınan ən böyük zərbə krateri hesab edilir.
Minval.info xəbər verir ki, beynəlxalq araşdırmalara əsasən, bu toqquşma 2024-cü ilin aprel-may aylarında asteroid və ya kometa parçasının Ayın Yerə baxan tərəfinə düşməsi nəticəsində baş verib. Hadisə zamanı Yerdəki teleskoplar tərəfindən müşahidə olunmayıb.
Krater, NASA-nın 2009-cu ildən Ayın orbitində fəaliyyət göstərən “Lunar Reconnaissance Orbiter” (LRO) aparatının çəkdiyi geniş bucaqlı görüntülərin avtomatik müqayisəsi nəticəsində müəyyən edilib. Yeni krater Ay tədqiqatçısı Tomas Makqetçinin şərəfinə adlandırılıb və onun diametrinin LRO tərəfindən qeydə alınmış oxşar kraterlərdən təxminən üç dəfə böyük olduğu açıqlanıb.
Tədqiqatçılar belə miqyaslı toqquşmaların olduqca nadir baş verdiyini vurğulayırlar. Termal ölçmələr zamanı toqquşma nöqtəsindən 6,4 kilometrədək məsafədə Ay səthindəki torpağın yerindən tərpəndiyi və fiziki xüsusiyyətlərinin dəyişdiyi müəyyən edilib. Alimlər, həmçinin zərbə nəticəsində havaya qalxan qaya və toz buludunun nəzəri modellərdə proqnozlaşdırıldığından daha geniş əraziyə yayıldığını aşkarlayıblar.
NASA-ya görə, bu məlumatlar gələcəkdə Ayda astronavtlar üçün yaşayış məntəqələri və bazaların tikintisi zamanı təhlükəsizlik tədbirlərinin planlaşdırılmasında mühüm istinad mənbəyi ola bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tacir Şahmalıoğlu: "Narahatlığa səbəb yoxdur
İPhone 18 Pro satışları gözləntiləri doğrultmadı
Afət Fərmanqızı bloqerə qarşı məhkəmə iddiası qaldırdı
Xalq artisti Şükufə Yusupova evə buraxıldı
Ağdamda toyda dava: Bir nəfər xəsarət aldı
Toylarda meyxana qadağası: Yeni qaydalar gündəmdə!
Ferhat Göçerin oğlu Londonda fərqlənmə ilə bitirdi