Xəbər verdiyimiz kimi, Bakıda 13 yaşlı uşaq körpə dünyaya gətirib.

Axşam.az xəbər verir ki, məsələ ilə bağlı süjet hazırlayan “Baku TV”nin iddiasına əsasən, dünyaya gələn körpənin atasının 15 yaşı var. Bildirilib ki, 13 yaşlı qız illər əvvəl atasını itirib. Onun anasının isə üçüncü evliliyidir və qız ögey ata ilə yaşayırmış. Bundan başqa, ailənin kasıb olduğu, butulka sataraq dolandığı deyilib.

Körpə 40 həftəlik olarkən dünyaya gəlib. Ailə hadisəni ört-basdır etmək istəyib və doğuş evdə gerçəkləşib. Lakin doğuşdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün təcili tibbi yardıma müraciət olunub. Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan bildirilib ki, hazırda hər ikisinin vəziyyəti yaxşıdır.

Qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.