10 dollarlıq bloqdan milyonlar qazanan qadın - FOTOLAR
Tanış olun, dünyanın ən çox qazanan moda bloqeri: Chiara Ferragni.
7 may 1987-ci ildə dünyaya gələn Ferragni, uşaqlıqdan gözəl üzü və fotogenik olduğu üçün diqqət mərkəzində olub. İlk dəfə modelliyə 5 yaşında başlayıb.
16 yaşında ciddi şəkildə moda işinə başladı. Bundan sonra Ferragni moda ilə daha yaxından maraqlanmağa başladı. Sevgilisi Ricaardo Pozzoli onu bloq yaratmağa razı saldı. Pozzoli həmin dövrdə marketinq üzrə təhsil alırdı. Pozzolinin strategiyaları və Ferragninin tərzi birləşdi və ortaya məşhur bloqer çıxdı.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Bloq 2009-cu ildə fəaliyyətə başladı. Ferragni gözəlliyi və tərzi ilə qısa müddətdə insanları cəlb etməyi bacardı. 2 il ərzində bloqu 1 milyon unikal ziyarətçi ziyarət etdi.
Chiara həmin zaman Flört Ayaqqabılar adlı öz ayaqqabı markasını yaratdı. Bir çox markanın üzü kimi reklamlarda çəkildə və onun moda dünyasında daha da məşhur olmasına yol açdı.
Bloqerlik hələ də ciddi bir iş sayılmasa da Ferragni 10 dollara yaratdığı bloqdan milyon dollarlar qazanmağa davam edir. bizplus.az



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir