Ziyafət Əsgərov: “Allah eləməsin, bu virus hansısa hərbi hissəyə keçsə...”
Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında Azərbaycan Respublikasının qanununa əlavə müzakirə olunur.
Qanun layihəsi barədə Təhlükəsizlik və müdafiə məsələləri dövlət komitəsinin sədri Ziyafət Əsgərov məlumat verdi. Layihədə bildirilir: “Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq qərara alır: Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılsın”.
Z.Əsgərov dedi ki, artıq BMT üzvü olan bütün dövlətlərdə bu virus var. “Artıq bir sıra dövlətlərdə silahlı qüvvələr bu virusla mübarizəyə başlayıblar”- deyə, komitə sədri bildirdi. Ardınca qeyd etdi ki, ildə 4 dəfə hərbi xidmətə çağırış olur. Hal-hazırkı situasiya belədir ki, qanuna dəyişiklik etmək lazımdır. “Yəni hal-hazırda olan vəziyyətə görə biz bu virusu hərbi hissəyə daşıya bikmərik. Allah eləməsin, bu virus hansısa hərbi hissəyə keçsə, görün bunun hansı nəticəsi olar? Ona görə də möhtərəm prezident bu qanun layihəsini təqdim edib”-Z.Əsgərov əlavə etdi.
Z.Əsgərov dedi ki, Çində dəmir intizam səbəbindən pandemiyaya qarşı effektiv mübarizə aparılır. Avropa ölkələrində isə buna məhəl qoyulmadı və əks effekti oldu.
“COVİD-19 bütün bəşəriyyətə qarşı müharibə elan edib. Bu müharibəyə qalib gəlmək üçün bütün bəşəriyyət birləşməlidir. Biz iki virusa qarşı birləşməlidir. Vətəndaşlarımızdan xahiş və tələb edirəm, möhtərəm prezidentimizin, Birinci vitse-prezidentimizin tələb və tövsiyyələrinə, dövlətin qayda-qanunlarına əmək etsinlər. Bəziləri elə hesab edir ki, qripdir də, gəlib keçəcək. Amma qaydalara əməl etməsək, elə-belə gəlib keçməyəcək”-Z.Əsgərov bildirdi.
Musavat.com
ƏLAQƏLİ
Aydın Mirzəzadədən məktəbli geyimi ilə bağlı açıqlama: Milli ənənələr nəzərə alınıb
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026