Zığ qəsəbəsində sürüşmə aktivləşib - Bakıdakı sürüşmə zonalarında son vəziyyət
Bakıdakı sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb.
Minval.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov “Report”a açıqlamasında bildirib ki, son günlər aparılan monitorinqlər nəticəsində Bayıl sürüşmə sahəsinin dinamikasında ciddi dəyişiklik müşahidə olunmayıb.
Onun sözlərinə görə, ərazidə müşahidə işləri aparılır: “Bayıl sürüşmə sahəsinə reperlər, mayaklar quraşdırılıb. Hazırda sürüşmənin dinamikasında stabillik müşahidə olunur. Ümumilikdə ərazidə prosesin tam bitdiyini, yekunlaşdığını demək olmaz. Geoloji proses hələ davam edir, ərazidə gərginlik var. Ancaq sürüşmənin özünün dinamikasında aktivlik qeydə alınmayıb. Ərazi daimi nəzarətdədir”.
R.Həsənov qeyd edib ki, Abşeron rayonunun Nübar qəsəbəsi və Masazır qəsəbəsində yerləşən Zəli gölü sürüşmə ərazisində son günlərdə aktivlik qeydə alınıb: “Aktivliyin səbəbi əraziyə düşən mövsümü yağıntıların təsiridir. Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində də sürüşmənin dinamikasında aktivlik qeydə alınıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qasli İtaliya Qran-prisində ilk təsnifat qələbəsini qazandı
Maliyyə Nazirliyinin borclanma strategiyası: Niyə?
Bakıda 'IRONMAN 70.3' triatlon həyəcanı yaşandı
Goranboyda məktəbin sanitar qovşağı dağıdıldı!
Binə Atçılıq Mərkəzində cıdır mövsümü sona çatdı
Bakıda küləkli hava: Sarı və narıncı xəbərdarlıq
Zahit Cəfərov FIS Kontinental Kubokuna vəsiqə qazandı