Zaurun "siam əkizləri deyilik" sözləri ailə münasibətlərini yenidən gündəmə gətirdi
Aparıcı Zaur Baxşəliyevin həyat yoldaşı Günayla bağlı səsləndirdiyi fikirlər sosial mediada geniş müzakirələrə səbəb olub. O, “Biz siam əkizləri deyilik, ər-arvadıq, bir-birimizə yapışmalı deyilik” ifadəsini işlədərək, ər-arvadın hər an birlikdə olmasının vacib olmadığını vurğulayıb. Bu açıqlamalar cəmiyyətdə birmənalı qarşılanmayıb; bəzi insanlar bu fikirləri dəstəkləyərkən, digərləri tənqid edib.
Minval.info xəbər verir ki, ailə psixologiyası üzrə mütəxəssislər cütlüklərin müəyyən müddət fərdi vaxt keçirməsinin münasibətlər üçün faydalı olduğunu bildirirlər. Hətta bəzi ölkələrdə “evlilik fasiləsi” adlı hüquqi mexanizm belə mövcuddur.
Zaurun fikirlərinin doğruluğu müzakirə mövzusudur. Ər-arvadın hər an birlikdə olması münasibəti gücləndirirmi, yoxsa zəiflədir? Avropa ölkələrində tətbiq olunan “evlilik fasiləsi” kimi yanaşmalar Azərbaycanda da tətbiq edilməlidirmi?
Sosioloq Mail Yaqub bu məsələnin ailədən ailəyə dəyişdiyini qeyd edir. “Hər ailə üçün eyni resept yoxdur. Uzaqlıq sevgini artırır” ifadəsi bəzi hallarda özünü doğrulda bilər, lakin uzunmüddətli ayrılıqlar münasibətlərə mənfi təsir göstərə bilər. Qısa müddətli ayrılıqlar isə tərəflərin bir-birinin dəyərini daha yaxşı hiss etməsinə kömək edə bilər,” deyə o bildirib.
Yaqub əlavə edib ki, bu məsələyə Azərbaycanın ailə dəyərləri və mədəni ənənələri prizmasından yanaşmaq lazımdır. “Qərb ölkələrində tətbiq olunan bəzi modelləri olduğu kimi bizim cəmiyyətə gətirmək düzgün olmaz. Ancaq qarşılıqlı razılıq əsasında qısa müddətli fərdi vaxt ayırmaq münasibətlərə müsbət təsir göstərə bilər,” deyə sosioloq vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ford Puma: 70 min manata yeni hibrid model
Mənzurə Musayevanın qardaşı baş həkim təyin edildi
Ağsuda yük maşını aşdı, toyuqlar yola səpələndi
Feyzullayevlərin milyonluq toyu: Prokuror nəvəsi gəlin oldu
Seda Sayan oğluna səsləndi: "Evlən, ayıbdır!
Aysun İsmayılova dələduzluğun qurbanı oldu: 12 minlik zərər!
Rüfət Axundovun qızı Bakıda universitetə qəbul oldu