04.03.2022 - 11:45
Gündəm
19 baxış
Zaporojye AES Rusiya qoşunlarının nəzarətinə keçdi
Rusiya qoşunları Ukraynada Zaporojye Atom Elektrik Stansiyasının ərazisinə nəzarəti ələ keçiriblər.
“Qafqazinfo” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi yayıb.
Məlumata görə, rusiyalı hərbçilər hazırda stansiyanın inzibati binasına və girişinə nəzarət edirlər.
Bildirilir ki, stansiyanı qoruyan ukraynalı hərbçilər arasında ölən və yaralananlar var. Buna baxmayaraq, stansiyanın personalı enerji bloklarında işləməyə davam edir.
Xatırladaq ki, Rusiya hərbçiləri Zaporojye AES-in birinci enerji blokunu atəşə tutub, nəticədə yanğın baş verib. Yanğın hazırda söndürülüb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBNiyam Salami Şəki Yaylası sahibini ittiham etdi
10.09.2026 - 22:42
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
08.09.2026 - 13:18
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
27.08.2026 - 23:45
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
21.08.2026 - 08:00
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
12.08.2026 - 11:39